Konqoda etirazçılar BMT missiyasının binasına hücum ediblər
Far.Az xəbər saytı

Konqoda etirazçılar BMT missiyasının binasına hücum ediblər


Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada BMT missiyasının binası nümayişçilərin hücumuna məruz qalıb.

“Far.Az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, nümayişlər eyni vaxtda Belçika, Keniya, Niderland, Ruanda, ABŞ, Uqanda və Fransa səfirlikləri qarşısında keçirilib.

Aksiyalar bu ölkələrin hökumətlərinin birləşmələri Ruanda Ordusunun dəstəyi ilə Qoma şəhərinə daxil olan "23 Mart Hərəkatı" (M23) üsyançı qruplaşmasına qarşı fəaliyyətsizliyinə etiraz olaraq keçirilib.

Etirazçılar səfirliklərin qarşısında təkər yandırıb, missiyaların hasarlarından binalara daş və beton parçaları atıblar.

Belçika və Fransa rəsmiləri diplomatik nümayəndəliklərində yanğınlar barədə məlumat veriblər. Uqanda səfirliyinə xüsusən ciddi zərər dəyib. Uqanda Xarici İşlər Nazirliyinin rəsmisi səfirliyin binasının qarət edildiyini və dağıdılığını bildirib.

Polis etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib. Konqo hökuməti səfirlik binaları qarşısındakı iğtişaşların dayandırıldığını və onları qorumaq üçün əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini açıqlayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Konqoda etirazçılar səfirliklərə hücum ediblər - YENİLƏNİB
KDR-in şərqində M23 üsyançıları Masisi şəhərini ələ keçiriblər
Konqoda şiddətli döyüşlər gedir, sülhməramlılar ölüb
Konqo DR-in şərqində yaraqlılar 15 mülki şəxsi öldürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər