Kursk vilayətinin sərhədyanı rayonlarından 1,7 mindən çox insan təxliyə edilib
Far.Az xəbər saytı

Kursk vilayətinin sərhədyanı rayonlarından 1,7 mindən çox insan təxliyə edilib


Rusiyanın Kursk vilayətinin sərhədyanı rayonlarından 24 saat ərzində 1700-dən çox insan təxliyə edilib.

“Far.Az”un məlumatına görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, son 24 saat ərzində vilayətin sərhədyanı dörd rayonundan sakinlərin təxliyəsi tədbirləri həyata keçirilib.

“1,7 mindən çox insan müstəqil və mütəşəkkil kolonlarda təhlükəsiz ərazilərə yola düşüb”, - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, Rusiyanın 24 regionunda 174 müvəqqəti yerləşdirmə mərkəzində 3 mini uşaq olmaqla 10 minə yaxın insan var.

Oxşar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər