Çin ABŞ-dən kömür, neft və maye qaz idxalına rüsum tətbiq edib
Çin ABŞ-dən neft, çoxlitrajlı avtomobillər, pikaplar və kənd təsərrüfatı texnikası idxalına 10 % rüsum tətbiq etdiyini elan edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Şurasının Tarif və Təsnifat Komitəsinin fərmanında bildirilir.
Həmçinin ABŞ-dən idxal olunan kömür və maye qaza 15 % rüsum tətbiq ediləcək.
Qərar ABŞ-nin Çin mallarına tətbiq etdiyi və bu gün qüvvəyə minən 10 % həcmində rüsuma cavab olaraq qəbul edilib.
Sənəddə qeyd olunub ki, ABŞ-nin birtərəfli rüsum tətbiq etməsi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını ciddi şəkildə pozur, eləcə də Çin ilə ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığına mane olur.
Xatırladaq ki, fevralın 1-də ABŞ Prezidenti Donald Tramp Meksika, Kanada və Çindən idxal edilən mallara rüsum tətbiq edilməsi barədə sərəncam imzalayıb. Çin malları üçün rüsum 10 %, Meksika malları üçün 25 % təşkil edəcək. Bundan başqa, Kanadanın enerji resurslarına görə 10 %, digər məhsullara görə isə 25 % rüsum tətbiq olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













