Ukraynaya ballistik raket hücumu - FOTOREPORTAJ
Fevralın 12-i səhər saatlarında paytaxt Kiyev başda olmaqla Ukraynanın bir sıra şəhərlərinə güclü raket hücumları olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından "Far.Az"un Şərqi Avropa bürosuna bildirilib ki, 6 ballistik raket havada məhv edilib: "Rusiyanın Bryansk vilayətindən 6, Krımdan isə 1 raket atılıb. 6 ədəd “İsgəndər-M” ballistik raketinin (S-400 hava hücumundan müdafiə raket sistemləri) vurulması qeydə alınıb. Həmçinin 123 pilotsuz uçuş aparatı (PUA) hücumu olub, onlardan 71-i vurulub, daha 40 PUA isə heç bir mənfi nəticə olmadan zərərsizləşdirilib".
"Hücumlar Ukraynanın Kiyev, Dnepropetrovsk, Sumı, Poltava və Çerniqov vilayətlərini əhatə edib", - məlumatda bildirilir.
Ukrayna Fövqəladə Hallar Xidmətinin (FHX) rəsmisi Pavlo Petrov "Far.Az"a bildirib ki, ən çox zərbələr Kiyevdə olub: "İndi Obolonski rayonunda olduğumuz yerdə zərbələr nəticəsində təəssüf ki, bir nəfər ölüb, 4 nəfər yaralanıb, o cümlədən hazırda xəstəxanada olanlardan biri 9 yaşlı uşaqdır. Yanğınlar da söndürülüb. Raketlərdən qalan partlayıcı hissələr zərərsizləşdirilir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













