BMT: Qul ticarəti və müstəmləkəçi istismar Afrikanı insanlarından və resurslarından məhrum edib
Far.Az xəbər saytı

BMT: Qul ticarəti və müstəmləkəçi istismar Afrikanı insanlarından və resurslarından məhrum edib


Trans-Atlantik qul ticarəti və müstəmləkəçi istismar Afrika qitəsini öz insanlarından, resurslarından və ləyaqətindən məhrum edib.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının İcraiyyə Şurasının (XİN başçıları səviyyəsində) sessiyasının açılışında çıxışı zamanı bildirib.

“Trans-Atlantik qul ticarəti və müstəmləkəçi istismar Afrikanı öz insanlarından, resurslarından və ləyaqətindən məhrum edib, qlobal maliyyə sistemində, dünya ticarət mübadiləsinin strukturunda və idarəetmə institutlarında hələ də hiss olunan bərabərsizlik qoyub”, – deyə Efiopiyanın “Fana” radiostansiyası Qatetedən sitat gətirib. – Buna görə də maliyyə kompensasiyalarının reparasiya danışıqlarında mövqeyimiz kimi nəzərdən keçirilməsi son dərəcə vacibdir”.

Onun sözlərinə görə, hazırda Afrikanın təbii sərvətlərinin istismarı emal sənayesinin müvafiq inkişafı olmadan gedir, qlobal kredit reytinqlərinin tərtibində Afrika iqtisadiyyatları lazımınca qiymətləndirilmir, ticarət və investisiya siyasətində maneələr qalmaqdadır. Qitə dünya mineral xammal ehtiyatlarının 30 faizinə, o cümlədən qızılın 40 faizinə və xromit və platin ehtiyatlarının 90 faizinə qədərinə malikdir.

Dünyadakı əkinə yararlı torpaqların 65 faizi qitənin payına düşür. Bununla belə, Afrika dünya ticarətinin cəmi 3 faizində iştirak edir və dünya emal sənayesi həcminin cəmi 1 faizini təşkil edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər