Fransa parlamenti birdəfəlik elektron siqaretləri qadağan edib
Far.Az xəbər saytı

Fransa parlamenti birdəfəlik elektron siqaretləri qadağan edib


Fransa parlamenti ölkədə birdəfəlik elektron siqaretlərə qadağanı nəzərdə tutan qanunu qəbul edib.

“Report” xəbər verir ki, qəbul olunmuş sənəd siqaret çəkmək üçün əvvəlcədən doldurulmuş və yenidən doldurulması mümkün olmayan elektron siqaretlərin Fransada satışını və ya başqa şəkildə yayılmasını qadağan edir.

Qanun layihəsinin müəlliflərinin fikrincə, birdəfəlik siqaretlərin çəkilməsi bir tərəfdən insanların, xüsusən də bu tip cihazlardan çox istifadə edən tələbələrin sağlamlığına mənfi təsir göstərir. Digər tərəfdən bu cihazların akkumulyatorları bir istifadədən sonra atıldığı üçün ətraf mühitə də xeyli ziyan vurur.

Xatırladaq ki, bu qanun layihəsi fevralın 4-də Milli Assambleya (parlamentin aşağı palatası) tərəfindən qəbul edilmişdi.

Bununla da Fransa Belçikadan sonra birdəfəlik elektron siqaretləri qadağan edən ikinci Avropa ölkəsi olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər