Nazir: Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir
Far.Az xəbər saytı

Nazir: Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir


Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsil sahəsində görülən işlərin nəticəsi adətən ən tezi 20 il müddətinə görülür:

"Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Təxminən 35 ildən sonrakı reallığı - bu günün fəaliyyəti və ya fəaliyyətsizliyini müşahidə etmiş oluruq. Bu səbəbdən qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir".

E.Əmrullayev bildirib ki, Azərbaycan qadını və qızlarının üzləşdiyi təhdid və təhlükəni düzgün başa düşmək lazımdır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər