Xalq artisti, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladovun anım günüdür
Bu gün Xalq artisti Fuad Poladovun anım günüdür. Aktyorun vəfatından 7 il ötür.
Fuad Ağarəhim oğlu Poladov 1948-ci il mayın 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Daha sonra aktyor Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib.
1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.
Premyerası 1969-cu il noyabrın 29-da olan tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb.
1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.
Səhnədə yaratdığı obrazlarla yanaşı, mərhum sənətkar "Aktrisa" , "Alov", "Arxada qalmış gələcək", "Atayevlər ailəsi", "Beşmərtəbəli evin altıncı mərtəbəsi ", "Dede Korkut hikayeleri", "Günaydın, mələyim!", "Dərvişin qeydləri", "Dolu", "Etimad telefonu", "Əlavə təsir", "Əlvida, cənub şəhəri", "Ən vacib müsahibə", "Fatehlərin divanı", "Güllələnmə təxirə salınır!", "İstintaq davam edir" kimi filmlərdə unudulmaz obrazlar yaradıb.
Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2018-ci ilin bu günü, yəni mayın 4-də vəfat edib.
Onun məzarı "Qurd qapısı" qəbiristanlığındadır.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SOCAR-ın idarəsinin qeyri-neft ixracından 303 milyon dollara yaxın gəlir əldə edib
-
Qəzada ölən 37 yaşlı müğənninin DƏFN YERİ BƏLLİ OLDU
-
Ermənistan XİN başçısının həyat yoldaşı Azərbaycanla əlaqədar komissiyanın tərkibinə daxil edilib
-
Alyona Əliyeva "Dostluq Kuboku" minifutbol turniri ilə bağlı paylaşım edib
-
Sahibə Qafarova: Yalnız liderinin ətrafında sıx birləşən xalq haqlarını qorumağa qadirdir
-
Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb













