Qələbə Günü və qəribə addımların kölgəsi
Bu günlərdə İkinci Dünya müharibəsindəki keçmiş müttəfiqlər ümumi Qələbənin 80-ci ildönümünü qeyd edirlər.
Sabah Moskvada Qırmızı Meydanda Qələbə paradı keçiriləcək və burada bir sıra dövlət başçıları qonaq kimi iştirak edəcəklər.
Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, bu yaxınlarda Rusiya KİV-i tərəfindən paradda iştirakı gözlənilən dövlət başçılarının siyahısı dərc edilmişdi. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyevin adı da var idi. Lakin dünən Azərbaycan dövlət başçısının həmin tədbirdə iştirak edə bilməyəcəyi barədə məlumat yayıldı. Bu, rəsmən ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı ölkədaxili tədbirlərdə prezidentin iştirakı zərurəti ilə əlaqələndirildi.
"Biz öz tərəfimizdən, təbii ki, yalnız şəxsi mövqeyimizi ifadə edərək qeyd etmək istərdik ki, Bakı ilə Moskva arasındakı münasibətlər son 5 ayda, yumşaq desək, 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik qarşılıqlı əlaqələri haqqında Bəyannamənin ruhuna tam uyğun gəlmir. Və gəlin sona qədər səmimi olaq ki, bu bizim günahımız deyil", - deyə süjetdə bildirilir.
Daha ətraflı "Caliber"in videomaterialında:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













