Naxçıvanın iqtisadiyyat naziri kollektivə təqdim edilib
Far.Az xəbər saytı

Naxçıvanın iqtisadiyyat naziri kollektivə təqdim edilib


Naxçıvan Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilmiş Kazım Hüseynəliyev kollektivə təqdim olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, onu kollektivə iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təqdim edib.

R.Abdullayev bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatları, Naxçıvanın iqtisadiyyatının davamlı inkişafına göstərilən diqqətdir. Təqdimetmə mərasimində iştirak edən Naxçıvanın Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov və bölgədə Prezidentin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi münasibətilə Kazım Hüseynəliyevi təbrik edib, ona fəaliyyətində uğurlar arzu ediblər.

Nazirliyin Aparatının və tabe qurumların rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən K.Hüseynəliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Naxçıvanda Maliyyə Forumu keçirilib - YENİLƏNİB
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər