DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib
İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.
Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunmuş, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.
Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb.
Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb.
Müqabil tərəfdən verilən məlumata əsasən saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilib.
Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













