Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib
Far.Az xəbər saytı

Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.

Far.Az xəbər verir ki, dövlət başçısı Okay Məmişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxundu və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirdi.

Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırdı.

Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulandı.

Görüşdə ölkələrin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edildi.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər