Azərbaycanda yeni medal təsis olundu
Far.Az xəbər saytı

Azərbaycanda yeni medal təsis olundu


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Far.Az xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilib.

Həmçinin, "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiqlənib (əlavə olunur).

Əsasnaməyə görə, "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə Məhkəmə-Hüquq Şurasının üzvləri və üzvü olmuş şəxslər, öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, Məhkəmə-Hüquq Şurasının aparatında və məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş və məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər