Bu gün Xudayar Yusifzadənin doğum günüdür
Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür. Yaşasaydı X.Yusifzadənin 27 yaşı olacaqdı.
Xudayar Müslüm oğlu Yusifzadə 1998-ci ilin iyulun 15-də Bərdə şəhərində anadan olub. Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.
X.Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət eləyib və "gizir" hərbi rütbəsi alıb.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə hərbi xidmətə yollanmaq üçün müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan X.Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 22-də Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ağbənd istiqamətində şəhid olub.
X.Yusifzadənin nəşi Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
X.Yusifzadə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Xudayar Yusifzadə İkinci Qarabağ müharibəsində ifa etdiyi mahnı ilə məşhurlaşıb. Onun hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır..." mahnısı hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstü qoyulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SOCAR-ın idarəsinin qeyri-neft ixracından 303 milyon dollara yaxın gəlir əldə edib
-
Qəzada ölən 37 yaşlı müğənninin DƏFN YERİ BƏLLİ OLDU
-
Ermənistan XİN başçısının həyat yoldaşı Azərbaycanla əlaqədar komissiyanın tərkibinə daxil edilib
-
Alyona Əliyeva "Dostluq Kuboku" minifutbol turniri ilə bağlı paylaşım edib
-
Sahibə Qafarova: Yalnız liderinin ətrafında sıx birləşən xalq haqlarını qorumağa qadirdir
-
Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb













