Nazir: "Superkompüter Azərbaycanın innovasiya ekosisteminin əsas dayaqlarından birinə çevriləcək"
Far.Az xəbər saytı

Nazir: "Superkompüter Azərbaycanın innovasiya ekosisteminin əsas dayaqlarından birinə çevriləcək"


"Yeni superkompüter (hesablama gücü 1.2 PFLOPS) Azərbaycanın innovasiya ekosisteminin əsas dayaqlarından birinə çevriləcək".

Far.Az report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

"Bu nəhəng hesablama gücü böyük əməliyyatların sürətli emalını və mürəkkəb analizlərin aparılmasını mümkün edəcək, iqtisadiyyatın rəqəmsallaşdırılması, avtomatlaşdırma və ağıllı istehsal sistemləri üçün yeni imkanlar yaradacaq", - deyə o qeyd edib,

M.Cabbarov vurğulayıb ki, superkompüterin imkanlarından təkcə dövlət qurumları deyil, həm də özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyəti nümayəndələri istifadə edə biləcəklər:

"Yüksək performanslı hesablama resurslarına çıxışın demokratikləşdirilməsi bilik mübadiləsini genişləndirəcək, proqnozlaşdırmanı təkmilləşdirəcək və sübuta əsaslanan qərarların qəbulunu gücləndirəcək.

Bu addım innovasiyalara əsaslanan inkişaf strategiyamızı əhəmiyyətli dərəcədə irəli aparacaq və Azərbaycanın qlobal rəqabət qabiliyyətini yeni mərhələyə yüksəldəcək".

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər