Xocalının Təzəbinə, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb
İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam edir.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 28-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları Ağdamdan Xocalının Ballıca, Təzəbinə və Badara kəndlərinə yola salınıb.
Bu mərhələdə Ballıca kəndinə 13 ailə - 51 nəfər, Təzəbinə kəndinə 17 ailə - 72 nəfər, Badara kəndinə isə 17 ailə - 62 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Oxşar xəbərlər
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Xocalının Ballıca və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb
Növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb
Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SOCAR-ın idarəsinin qeyri-neft ixracından 303 milyon dollara yaxın gəlir əldə edib
-
Qəzada ölən 37 yaşlı müğənninin DƏFN YERİ BƏLLİ OLDU
-
Ermənistan XİN başçısının həyat yoldaşı Azərbaycanla əlaqədar komissiyanın tərkibinə daxil edilib
-
Alyona Əliyeva "Dostluq Kuboku" minifutbol turniri ilə bağlı paylaşım edib
-
Sahibə Qafarova: Yalnız liderinin ətrafında sıx birləşən xalq haqlarını qorumağa qadirdir
-
Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb













