Ötən ay 489 kiloqramdan çox narkotik, 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
Far.Az xəbər saytı

Ötən ay 489 kiloqramdan çox narkotik, 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb


Ötən ay ərzində dövlət sərhədində 489 kiloqramdan çox narkotik, 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb.

Far.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin oktyabr ayının icmalında qeyd olunub.

Bildirilib ki, ötən ay sərhəddə 489 kiloqram 871 qram narkоtik vasitə, 4689 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Eyni zamanda, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 8 milyon 164 min 905 manat оlan qaçaqmal, о cümlədən tüfəngə məxsus 6 ədəd patron, 9 ədəd tapança mərmisi, Rusiya valyutası, pirotexniki vasitələr, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Oxşar xəbərlər

Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb - DSX
16 milyon manatlıq qaçaqmal, Xəzərdə keçirilən əməliyyatlar - DSX aylıq məlumatları paylaşdı
Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər