Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı
Bu ilin 10 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 283 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
BAKU.WS Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40 960,7 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 3 946,5 milyon manat və ya 10,7 faiz üstələyib.
Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 32 891,4 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 536,8 milyon manat və ya 1,7 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 14 378,3 milyon manat təşkil edərək proqnozdan 752,3 milyon manat və ya 5,5 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 38,6 milyon manat təşkil edərək proqnozdan 9,5 milyon manat və ya 32,6 faiz, sair daxilolmalar 614,8 milyon manat təşkil edərək proqnozdan 156,1 milyon manat və ya 34,0 faiz çox, Dövlət Neft Fondundan transfert isə 12 067,5 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 255,7 milyon manat təşkil edərək proqnoza qarşı 96,8 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 536,5 milyon manat təşkil edərək proqnoza qarşı 72,2 faiz icra olunub.
2025-ci ilin 10 ayı ərzində İcmal büdcənin xərcləri 32 691,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 10 aylıq icra göstəriciləri ilə müqayisədə 872.7 milyon manat və ya 2,7 faiz çoxdur.
Həmin dövrdə dövlət büdcəsinin xərcləri isə 27 720,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 387,6 milyon manat və ya 1,4 faiz azdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Dövlət büdcəsinin gəlirləri proqnozu 700 milyon manatdan çox üstələyib
Naxçıvanda sahibkarlar üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb - YENİLƏNİB
Sahibkarların NƏZƏRİNƏ: Yeni vergi və uçot tələbləri - İki mindən altı min manatadək cərimə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib













