Nazir: Xarici elmi jurnallarda məqaləsi çap olunmayan şəxs özünə alim deməyə utanmalıdır
Far.Az xəbər saytı

Nazir: Xarici elmi jurnallarda məqaləsi çap olunmayan şəxs özünə alim deməyə utanmalıdır


Xarici elmi jurnallarda məqaləsi çap olunmayan şəxs özünə alim deməyə utanmalıdır.

"Far.Az" xəbər verir ki, bunu elm ve təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, son beş ildə heç bir elmi jurnalda məqaləsi çıxmayan şəxs utanmalıdır:

"Məqaləsi və istinadı olmayan şəxsin özünə alim deməsi ayıbdır. Amma yaxşı alimlərimiz də var".

E.Əmrullayev vurğulayıb ki, alim adını qorumaq üçün yalançı alimlərdən uzaq tutmaq lazımdır:

"Elm adamlarının hamısı kimin necə alim olduğunu bilir. Bunu açıq şəkildə deməliyik. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil".

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
ADNSU-nun rektoru: Bu il NASCO-ya ilk dəfə rekord sayda müraciət qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər