Dövlət katibinin müavini: ABŞ administrasiyası TDT regionu ilə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyət verir
Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibi Kubanıçbek Ömüraliyev Vaşinqtonda ABŞ Dövlət Katibinin müavini Pol Kapur ilə görüşüb.
"Far.Az" xəbər verir ki, Baş Katib TDT-nin nəticəyönlü regional təşkilata çevrilməsini, siyasi, təhlükəsizlik, iqtisadi və texnoloji sahələrdə əməkdaşlığın genişlənməsini, habelə regional sabitliyin və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafında Təşkilatın rolunu vurğulayıb.
ABŞ Dövlət Katibinin müavini Pol Kapur Prezident Donald Tramp administrasiyasının TDT regionu ilə əməkdaşlığın, xüsusilə investisiya və əlaqələndirmə sahələrində gücləndirilməsinə verdiyi əhəmiyyəti qeyd edərək Mərkəzi Asiya və Cənubi Qafqazın strateji önəminə diqqət çəkib.
Tərəflər görüş çərçivəsində TDT–ABŞ əməkdaşlığının daha da gücləndirilməsi məqsədilə çoxmodal nəqliyyat əlaqələri, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edərək mümkün istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













