Zelenski: Maliyyə yardımı almasaq, dron istehsalını azaltmalı olacağıq
Far.Az xəbər saytı

Zelenski: Maliyyə yardımı almasaq, dron istehsalını azaltmalı olacağıq


Ukrayna 2026-cı ilin yazına qədər Avropa İttifaqından (Aİ) maliyyə yardımı almazsa, dronların istehsalını azaltmalı olacaq.

"Far.Az"un yerli KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasının keçirildiyi Brüsseldə mətbuat konfransında bildirib.

"Əgər müvafiq tranş alınmazsa, Ukraynada dronların istehsalı dəfələrlə azalacaq", - ölkə Prezidenti qeyd edib.

V.Zelenski vurğulayıb ki, Ukraynanın tərəfdaşları ölkəyə maliyyə yardımı ilə bağlı yekun qərarı 2025-ci ilin sonuna qədər qəbul edə bilərlər.

Qeyd edək ki, Aİ 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro ayırmağı planlaşdırır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər