Tusk: Aİ Ukraynanın Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyələşdirilməsini nəzərdən keçirir
Far.Az xəbər saytı

Tusk: Aİ Ukraynanın Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyələşdirilməsini nəzərdən keçirir


Avropa İttifaqı (Aİ) liderləri 2026-2027-ci illərdə Ukraynanın dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsini təmin etmək imkanını nəzərdən keçirmək barədə razılığa gəliblər.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Aİ sammiti çərçivəsində açıqlayıb.

"Biz irəliləyişə çalışırıq və Rusiya aktivlərinin Ukraynaya istifadəsi Avropa üçün faydalı olardı. Lakin bir sıra ölkələr öz maraqlarını maksimum qorumağa çalışacaq", – Tusk bildirib.

Onun sözlərinə görə, Aİ ölkələri ümumi niyyətlərini – Rusiya aktivlərinin Ukrayna üçün istifadəsini bəyan ediblər və bu fikirdən imtina ehtimalı azdır.

Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Avropada dondurulmuş 210 milyard avro aktivin 185 milyardı Belçikanın "Euroclear" depozitarisində saxlanılır. Brüssel bu vəsaitlərin Aİ planının icrası üçün istifadəsinə razılıq verəcəyi halda Rusiya tərəfdən hüquqi nəticələr doğuracağından ehtiyatlanır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər