Avstraliyada silahlar insanlardan geri alınacaq
Avstraliya hökuməti odlu silahların insanlardan geri alınması proqramına başlayacaq.
"Far.Az"un məlumatına görə, bu barədə Avstraliya İttifaqının Baş naziri Entoni Albanizi məlumat verib.
O, bəyan edib ki, son 30 ildə hökumət tərəfindən idarə olunan ən böyük odlu silahların geri alınması proqramı milli odlu silah qanunvericiliyinə dəyişikliklərin qəbulundan sonra həyata keçiriləcək.
"Hökumət bunu ştatlar və ərazilərlə 50:50 nisbətində maliyyələşdirəcək, lakin təslim edilmiş odlu silahların bütün toplanması, emalı və fiziki şəxslərə ödənişləri birbaşa bölgələr tərəfindən həyata keçiriləcək".
Baş nazir həmçinin aydınlaşdırıblar ki, silahlar toplandıqdan sonra onların utilizasiyası ilə federal polis məşğul olacaq.
Daha əvvəl bildirilib ki, ştat və ərazi hökumət rəhbərləri ölkədə odlu silah dövriyyəsini tənzimləyən milli qanunvericilikdə islahatlar aparmaq niyyətindədirlər.
Bu məqsədlə, regional hökumətlərə milli odlu silah reyestrinin yaradılmasını sürətləndirmək, bir şəxsin sahib ola biləcəyi odlu silahların sayını məhdudlaşdırmaq, daimi silah lisenziyalarının verilməsini aradan qaldırmaq tapşırılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Entoni Hopkins Çarlz Darvin rolunu canlandıracaq
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













