Firudin Qurbanov: Təhsil sistemində dini təbliğatın aparılması düzgün deyil
Far.Az xəbər saytı

Firudin Qurbanov: Təhsil sistemində dini təbliğatın aparılması düzgün deyil


Təhsil sistemində dini təbliğatın aparılması düzgün deyil.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda panel müzakirəsində deyib.

O qeyd edib ki, əvvəllər insanlar bütün informasiyaları televiziya və mətbuat vasitəsilə əldə edirdisə, indi hər kəsin internetə çıxışı var:

"Azərbaycanda hətta bütün məktəblərdə internet var. Amma dini təbliğatın təhsil sistemində aparılması düzgün deyil. Məktəblərdə "Həyat bilgisi" və ya ali məktəblərdə din tarixi dərsləri keçirilir. Kurikulumda məktəblərdə din haqqında məlumatı şagirdlərə çatdırırıq. Burada əsas məqam milli-mənəvi və əxlaqi dəyərləri şagirdlərə ötürməkdir".

Oxşar xəbərlər

Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
"Elm və təhsil yeniliklərinin media təqdimatı" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər