Britaniya keçmiş şahzadə Endryunun mümkün cinayətləri ilə bağlı FTB-dən məlumat istəyəcək
Far.Az xəbər saytı

Britaniya keçmiş şahzadə Endryunun mümkün cinayətləri ilə bağlı FTB-dən məlumat istəyəcək


İngiltərənin Surrey şəhər polisi ABŞ-nin Federal Təhqiqat Bürosundan (FTB) Kral III Çarlzın qardaşı şahzadə Endryunun yetkinlik yaşına çatmayanların zorakılığa məruz qaldığı iddia edilən mərasimlərdə mümkün iştirakını araşdırmağı xahiş etmək niyyətindədir.

"Far.Az"un "The Times" qəzetinə istnadən məlumatına görə, sorğuya amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanması səbəb olub. Sənədlərdə şahzadə Endryunun İngiltərədə törədildiyi iddia edilən cinayətlərdə adı hallandırılır.

Surrey polisi bildirib ki, əvvəllər bu iddialarla bağlı heç bir rəsmi şikayət almayıblar. "Bu cinayətlər haqqında məlumatların Surrey polisinə ötürüldüyünə dair heç bir dəlil tapmamışıq. Buna görə də senzura edilmiş materiallara çıxış əldə etmək üçün üçüncü tərəflərə müraciət edəcəyik", - hüquq-mühafizə orqanının açıqlamasında deyilir.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
ABŞ Epşteyn işi ilə bağlı sənədləri yayımlamağa başlayıb - YENİLƏNİB
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
3 məşhur aktyor "Kral Kaybederse"ni TƏRK ETDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər