Tramp: Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Karakasda Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyatdan xəbərdar idilər.
"Far.Az"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Tramp bunu Con Kennedi İncəsənət Mərkəzində respublikaçı konqresmenlərlə görüş zamanı deyib.
"ABŞ bir daha sübut etdi ki, planetin ən güclü və ən qüdrətli ordusuna malikdir", - Tramp bildirib.
O, Venesuelaya hücum zamanı amerikalı hərbçilər tərəfindən çoxlu sayda insanın həlak olmasından təəssüf hissi keçirdiyini əlavə edib.
ABŞ lideri, həmçinin Maduronu "qəddar adam" adlandırıb.
Venesuela Prezidenti Nikolas Maduro yanvarın 5-də Nyu-York məhkəməsi qarşısına çıxarılıb. Məhkəmədə o, özünü günahsız elan edib və hələ də ölkəsinin prezidenti olduğunu bildirib. ABŞ məhkəməsi Venesuela konsulluq əməkdaşlarının onu ziyarət etməsinə razılıq verib. Hakim növbəti iclasın 17 martda keçiriləcəyini açıqlayıb.
Tramp yanvarın 3-də bəyan edib ki, ABŞ Venesuelaya uğurlu genişmiqyaslı zərbə endirib. O, Bolivar Respublikasının prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutulduğunu və ölkə ərazisindən çıxarıldığını qeyd edib.
Oxşar xəbərlər
KİV: Maduro edam cəzasının qüvvədə olduğu ştata aparılıb
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













