ABŞ Venesuelanın neft sektoruna müddətsiz nəzarəti saxlayacaq – YENİLƏNİB
ABŞ energetika naziri Kris Rayt bəyan edib ki, Vaşinqton Venesuela neft sənayesinə, o cümlədən neft ixracına, müddətsiz olaraq nəzarəti saxlayamaq niyyətindədir.
"Far.Az" "The New York Times"a istinadən xəbər verir ki, Rayt bunu Mayamidə keçirilən "Goldman Sachs" enerji konfransında deyib.
"Gələcəkdə Venesueladan daxil olan məhsulu bazara çıxaracağıq", - Rayt vurğulayıb.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela rəhbərliyi, həmçinin Bolivar Respublikasında fəaliyyət göstərmiş Amerika neft nəhəngləri ilə fəal dialoq aparır.
Nazir ekspertlərin proqnozlarını təsdiqləyərək bildirib ki, Venesuela gündə bir neçə yüz min barrel neft hasilatını sürətlə artıra bilər. Lakin mövcud 1 milyon b/s səviyyəsindən yuxarı ciddi artım, hətta beynəlxalq neft şirkətləri ölkəyə daha çox sərmayə yatırmağa hazır olsalar belə, daha çox vaxt tələb edəcək.
"Tarixi hasilat göstəricilərinə qayıtmaq üçün on milyardlarla dollar və xeyli vaxt lazımdır... Amma niyə də olmasın?" - o əlavə edib.
NYT-nin mənbələrinin məlumatına görə, bir sıra ən böyük Qərb neft şirkətlərinin rəhbərləri bu məsələni müzakirə etmək üçün cümə günü Ağ Evdə Tramp ilə görüşə ümid edirlər.
Bundan əvvəl Vaşinqton administrasiyasının rəhbəri Venesuela neftinin satışından əldə olunan gəlirlərə şəxsən nəzarət edəcəyini açıqlamışdı.
ABŞ Venesuelaya qarşı sanksiyaların bir hissəsini ləğv etmək niyyətindədir.
"Far.Az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə CNBC Ağ Evə yaxın mənbələrə istinadən məlumat yayıb.
"Mənbələr bildiriblər ki, razılaşma çərçivəsində ABŞ-nin Venesuelaya qarşı sanksiyaları yumşaldılacaq", - məlumatda bildirilib.
Qeyd olunub ki, ABŞ lideri Donald Trampın daha əvvəl bəyan etdiyi kimi, Venesueladan ABŞ üçün 50 milyon barelədək neft tədarükü hələ başlanğıcdır; neft satışları bundan sonra da qeyri-müəyyən müddətə davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













