Ağ Ev: Venesuela neftinin daşınması yalnız ABŞ qanunlarına uyğun olacaq
Ağ Ev Venesuela neftinin yalnız ABŞ qanunvericiliyi və milli təhlükəsizliyinə uyğun gələn daşımalarına icazə verəcək.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bəyan edib.
Miller bu fikri Pentaqon rəhbəri Pit Heqsetin ABŞ-nin Venesuela neftinin daşınması üçün nəzərdə tutulan gəmilərə blokadanı davam etdirəcəyi barədə paylaşımını şərh edərkən bildirib.
O əlavə edib ki, Venesuela enerji sektoru ABŞ tərəfindən müəyyən edilmiş qanuni və sanksiyalaşdırılmış kommersiya kanalları vasitəsilə "məhdudiyyətsiz iqtisadi potensiala" malikdir.
Bundan əvvəl Pentaqon Atlantik okeanında Rusiya neft tankeri "Marinera"nın saxlanıldığını açıqlamışdı. Əməliyyat ABŞ Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin hərbi qurumlarla koordinasiyalı birgə səyləri nəticəsində həyata keçirilib. Heqset isə "Marinera"nın saxlanılması əməliyyatını Venesuelaya qarşı tətbiq edilən neft embarqosu ilə əlaqələndirib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













