Tramp Venesuela müxalifətinin liderinə dəstək vermədiyinin səbəbini şərh etməyib
Far.Az xəbər saytı

Tramp Venesuela müxalifətinin liderinə dəstək vermədiyinin səbəbini şərh etməyib


ABŞ Prezidenti Donald Tramp Nikolas Maduro hökumətinin vitse-prezidenti Delsi Rodriqezi Venesuelanın yeni lideri kimi tanıdığını, amma müxalifət lideri Maria Korina Maçadonu dəstəkləməməsini şərh etməkdən imtina edib.

"Far.Az" xəbər verir ki, "The New York Times" qəzetinə müsahibəsində Tramp həmçinin Rodriqezlə şəxsən danışıqlar aparıb-aparmadığı barədə şərh verməkdən də yayınıb.

"Lakin Marko (ABŞ dövlət katibi Marko Rubio - red.) onunla daim danışır", - o bildirib.

D.Trampın sözlərinə görə, Vaşinqton "onunla və onun administrasiyası ilə daimi əlaqədədir".

Venesuelanın hökuməti ölkənin neftinə çıxışı bloklasa, ABŞ-nin ora qoşun daxil edib-etməməsinə dair suala Tramp bunu indi cavablandıra bilməyəcəyini bildirib.

"Həqiqətən də bunu sizə demək istəməzdim, amma onlar bizə böyük hörmətlə yanaşırlar. Bildiyiniz kimi, hazırda orada olan administrasiya ilə çox yaxşı münasibətlər var", - deyə o vurğulayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
KİV: Maduro edam cəzasının qüvvədə olduğu ştata aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər