Ukraynaya raket zərbələri endirilib, ölənlər və yaralılar var - Yenilənib
Rusiya ordusunun Ukraynanı paytaxtı Kiyev şəhərinə hava hücumu davam edir.
"Report" xəbər verir ki, müxtəlif tipli raketlər paytaxtda çoxrmərtəbəli binalara ziyan vurub və avtomobillər yanır.
"Darnitski rayonunda PUA-nın yaşayış binasına dəydiyi yerə ikinci zərbə endirilib. Bir tibb işçisi həlak olub, bir neçəsi yaralanıb. Hamısı kömək göstərmək üçün getmişdi", - Kiyev meri Vitali Kliçko deyib.
Onun sözlərinə görə, ümumilikdə hücumlarda üç nəfər ölüb və altı sakin xəsarət alıb.
Eyni zamanda Dnepr rayonunda üçmərtəbəli yaşayış binasına dron zərbəsi endirilib və yanğın baş verib. Binadan 29 nəfər təxliyə edilib. Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev bölgəsinə yüksək sürətli hədəflərin yaxınlaşdığını bildirib. Hərbçilər həmçinin Qara dənizdən Kalibr qanadlı raketlərinin atılması barədə xəbərdarlıq ediblər.
Rusiya ordusu yanvarın 8-dən 9-na keçən gecə Ukraynanın paytaxtı Kiyev daxil olmaqla ölkənin bir çox şəhərlərinə yenidən kütləvi dron və raket hücumlarına başlayıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, paytaxtın Dneprovsk, Peçer və Solomen rayonlarında hazırda partlayış səsləri eşidilir və Desnyansk rayonunda isə yanğınlar başlayıb.
Şəhər hərbi rəhbərliyi sakinlərdən sığınacaqlardan çıxmamaları barədə göstəriş verib, zərbələrin davam edəcəyini barədə xəbərdarlıq edib.
Kiyev meri Vitali Kliçko bildirib ki, Ukrayna paytaxtında gecə ərzində ikinci dəfə partlayışlar baş verib: "Obolonda güclü partlayışlar qeydə alınıb. Paytaxta hücum davam edir".
Lvovda isə hava hücumu xəbərdarlığı zamanı bir sıra güclü partlayışlar baş verib. Şəhər meri Andriy Sadovyi partlayışların qeydə alındığını təsdiqləyib. O bildirib ki, hadisənin dəqiq mahiyyəti və konkret ərazi araşdırılır.
Mübariz Aslanov
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













