MERCOSUR ilə saziş Aİ ölkələrinin dəstəyini qazanıb
Avropa İttifaqı (Aİ) ölkələrinin diplomatik nümayəndələrinin rəhbərləri Cənubi Amerikanın MERCOSUR bloku ilə azad ticarət sazişini dəstəkləyiblər və bununla da Avropa Komissiyasının (AK) planlaşdırdığı kimi, gələn həftə sazişin imzalanmasına "yaşıl işıq" yandırıblar.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-dəki mənbələr məlumat verib.
İtaliyanın səsi həlledici əhəmiyyət kəsb edib və sazişin təsdiqlənməsi üçün zəruri olan mütləq səs çoxluğunu təmin edib.
"Reuters"in məlumatına görə, bu, ilkin təsdiqdir, bundan sonra yanvarın 9-da axşam Avropa paytaxtlarından rəsmi yazılı təsdiq alınmalıdır. Lakin adətən bu, sadəcə prosedur məsələsidir, çünki diplomatlar öz hökumətlərinin dəstəyinə malikdirlər.
Buna baxmayaraq, bu gün saat 17:00-dək səsvermənin nəticələri ilə bağlı etirazlar təqdim edilə bilər.
Sazişlə bağlı danışıqlar 25 il davam edib və yalnız 2024-cü ilin sonunda yekunlaşıb, Aİ Şurası və Avropa Parlamenti ilə razılığın əldə olunması üçün daha bir il tələb olunub.
Aİ-nin böyük iqtisadiyyatları, yəni Almaniya və İspaniya həmişə blok üçün yeni böyük bazarların açılmasına və kritik minerallara çıxış əldə etməyə imkan verəcək bu razılaşmanı dəstəkləyiblər. Son illər bu, yeni texnologiyaların inkişafı və Avropa iqtisadiyyatının strateji sektorları üçün nadir torpaq metallarının əldə edilməsi imkanlarının məhdudlaşdığı şəraitdə son dərəcə vacib olub.
"Politico"nun məlumatına görə, Fransa, Polşa, Avstriya, İrlandiya və Macarıstan məsələ ilə bağlı öz narazılıqlarını bildirib, Belçika isə bitərəf qalıb.
Avropa Komissiyası Aİ ölkələrini razı salmaq üçün MERCOSUR ölkələrindən (Braziliya, Argentina, Paraqvay və Uruqvay) idxalın kəskin artması halında aqrar sektoru qorumaq üçün əlavə tədbirlər təklif edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)













