İsrail İranla barışmağın şərtini açıqlayıb
Far.Az xəbər saytı

İsrail İranla barışmağın şərtini açıqlayıb


Etirazlardan sonra İran rəhbərliyi dəyişərsə, İsrail Tehranla tərəfdaşlıq əlaqələri qura bilər.

"Far.Az" "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu həftəlik kabinet iclasında çıxışı zamanı bildirib.

"Biz İranın qəhrəman və cəsur vətəndaşlarının yanındayıq və (hakimiyyət dəyişikliyindən – red) sonra hər iki xalqın rifahı naminə birlikdə yaxşı işlər görəcəyik. O gün gələndə İsrail və İran bir daha firavan və dinc bir gələcək qurmaqda sadiq tərəfdaşlar olacaqlar", - deyə o bildirib.

Bu gün səhər İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-nin ölkəyə hücum edəcəyi təqdirdə İranın İsrail və Amerika hədəflərinə zərbə endirəcəyi ilə hədələyib.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər