Frankfurt hava limanında 100-ə yaxın reys ləğv edilib
Far.Az xəbər saytı

Frankfurt hava limanında 100-ə yaxın reys ləğv edilib


Almaniyada güclü qar yağması və yolların buz bağlaması səbəbindən ölkənin ən böyük hava nəqliyyatı qovşağı olan Frankfurt hava limanında gün ərzində planlaşdırılan 1052 reysdən 98-i ləğv edilib.

"Far.Az"un DW agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hava limanı operatoru "Fraport" şirkəti məlumat verib.

"Sərnişinlərə hava limanına getməzdən əvvəl reyslərin statusunu yoxlamaq və hava şəraitini nəzərə alaraq yola əlavə vaxt ayırmaq tövsiyə olunur", - məlumatda qeyd edilib.

Almaniya Meteorologiya Xidməti (DWD) Frankfurt hava limanının yerləşdiyi Hessen ərazisinin bəzi bölgələrində yolların buz bağlaması ilə əlaqədar əlverişsiz hava şəraiti barədə xəbərdarlıq edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər