Almaniyanın XİN başçısı ABŞ-nin Qrenlandiyanın işğalı üçün hərbi əməliyyat keçirəcəyini gözləmir
Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ-nin Qrenlandiyanı ələ keçirməyə yönəlmiş hərbi əməliyyat keçirəcəyini gözləmədiyini bildirib.
"Far.Az"un DPA agentliyinə istinadən məlumatına görə, o, bu barədə Vaşinqtonda amerikalı həmkarı Marko Rubio ilə görüşdən sonra jurnalistlərə bildirib.
"Bunun ciddi şəkildə nəzərdən keçiriləcəyinə inanmaq üçün heç bir səbəbim yoxdur", - Vadeful deyib.
O, Arktika bölgəsində yaranan təhlükəsizlik məsələlərinin həllində və nizamlanmasında ortaq maraqların olduğunu bildirib.
Almaniyanın xarici işlər naziri Danimarka və ABŞ hökumət nümayəndələrinin bu həftə Qrenlandiya ilə bağlı danışıqlar aparacağını alqışlayıb. "Şübhə etmirəm ki, bu, dostcasına və tərəfdaşlıq şəraitində baş tutacaq", o qeyd edib.
Vadeful həmçinin qeyd edib ki, NATO-nun Avropa ölkələri Arktikada təhlükəsizliyin təmin edilməsi üçün daha konkret planlar hazırlamaq prosesindədirlər və bu planlar daha sonra ABŞ ilə müzakirə olunacaq. "Şübhəsiz ki, bütün tərəflər bu məsələləri NATO daxilində müzakirə etməyə hazırdır", - nazir vurğulayıb.
O, eyni zamanda qeyd edib ki, Qrenlandiya və Danimarkaya təsir edən məsələlərə gəldikdə, qərarı Qrenlandiya və Danimarka verməlidir. "Qrenlandiyada yaşayan insanlar qərar verməlidirlər", - Almaniya xarici işlər naziri yekun olaraq bildirib.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub













