Sorğu: Amerikalıların yalnız 17 %-i Qrenlandiyanın Danimarkadan alınmasını dəstəkləyir
Amerikalıların yalnız 17 %-i ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək cəhdlərini dəstəkləyir.
"Far.Az" xəbər verir ki, bu, "Reuters" informasiya agentliyi və marketinq araşdırmaları sahəsində ixtisaslaşmış "Ipsos" şirkətinin apardığı sorğunun nəticələrindən bəlli olub.
Sorğu nəticələrinə görə, demokratların və respublikaçıların böyük əksəriyyəti adanın ilhaqı üçün hərbi gücdən istifadəyə qarşıdır.
Respublikaçı respondentlərin 40 %-i adanın alınmasını dəstəkləyir, eyni zamanda 14 %-i bunun əleyhinədir, daha 46 %-i cavabda qərarsızdır. Bununla yanaşı, respublikaçıların cəmi 8 %-i məsələnin güc yolu ilə həllini dəstəkləyir, 60 %-i hadisələrin belə inkişafına mənfi cavab verib və 32 %-i cavabda qərarsızdır.
Sorğuda iştirak edən demokratların 79 %-i adanın alınmasına qarşıdır və cəmi 2 %-i bu təşəbbüsü dəstəkləyir, daha 19 %-i cavabda qərarsızdır. Məsələnin güc yolu ilə həllini respondentlərin 89 %-i pisləyib, 10 % cavabda qərarsız və 1% "lehinə" olub.
Beləliklə, respublikaçılar, demokratlar və digər siyasi partiyaları dəstəkləyən respondentlərin sorğusunu nəzərə alaraq, sorğuda iştirak edənlərin 47 %-i Qrenlandiyanın alınmasına qarşı çıxıb, 36 %-i qərarsız qalıb və cəmi 17 %-i bu təşəbbüsü dəstəkləyib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub













