Putinin xüsusi nümayəndəsi Davosda ABŞ nümayəndələri ilə görüşəcək - YENİLƏNİB
Far.Az xəbər saytı

Putinin xüsusi nümayəndəsi Davosda ABŞ nümayəndələri ilə görüşəcək - YENİLƏNİB


Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev sabah Davosda ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.

"Far.Az" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, tərəflər Ukrayna ilə bağlı ABŞ-nin sülh planını müzakirə edəcəklər.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün bu həftə Davosa gedəcək.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters"in Rusiya və MDB üzrə bürosunun rəhbəri Qay Folkonbric mənbələrə istinadən "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Dmitriyev ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirmək üçün Davosa gedəcək.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Uitkoff Putinin xüsusi nümayəndəsinə Ukrayna ilə razılaşdırılmış sülh planını təqdim edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər