Danimarkanın müdafiə naziri Rütteyə Arktikada NATO missiyası yaratmağı təklif edib
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt Brüsseldə keçirilən görüşdə NATO-nun Baş katibi Mark Rütteyə alyansın Arktikada missiya yaratmasını təklif ediblər.
"Report"un "Ritzau" agentliyinə istinadən məlumatına görə, bu barədə danimarkalı nazir danışıqlardan sonra jurnalistlərə deyib.
"Biz bunu təklif etdik və NATO-nun Baş katibi də bunu nəzərə aldı. Ümid edirəm ki, bunun üçün çərçivə proqramı hazırlaya biləcəyik", – Poulsen qeyd edib.
Danimarkanın müdafiə naziri əlavə edib ki, Rütte nazirləri ətraflı şəkildə dinləyib. "Düşünürəm ki, baş katib üzləşdiyimiz problemi tam şəkildə dərk edir", – siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, bu, NATO ilə bağlı məsələlərə də aiddir. ABŞ alyansın ən təsiredici üzvüdür.
"Əgər sabah ABŞ NATO-dan çıxsa, biz özümüz bunun öhdəsindən gəlməkdə böyük çətinliklərlə üzləşərik", – deyə Poulsen bildirib. O əlavə edib ki, Danimarka Qrenlandiya və Arktika məsələləri üzrə ABŞ ilə dialoqu davam etdirməyə çalışacaq.
Oxşar xəbərlər
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Rütte Danimarka və Qrenlandiya nazirləri ilə görüşəcək
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir













