Fransa XİN: Aİ ABŞ-nin rüsumlarına cavab olaraq dövlət müqavilələrinə girişi bağlaya bilər
Far.Az xəbər saytı

Fransa XİN: Aİ ABŞ-nin rüsumlarına cavab olaraq dövlət müqavilələrinə girişi bağlaya bilər


Avropa İttifaqı (Aİ) ABŞ-nin Qrenlandiya ilə bağlı tətbiq etdiyi ticarət rüsumlarına cavab olaraq ABŞ şirkətlərinin Aİ ölkələrindəki dövlət müqavilələrinə girişini bağlaya bilər.

"Report"un məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot Fransa Siyasi və Mənəviyyat Elmləri Akademiyasında çıxışı zamanı bildirib.

"Maraqlarımıza qarşı təhlükədən qorunmaq üçün güclü vasitələrimiz var. Söhbət Avropa bazarına girişin məhdudlaşdırılması və dövlət müqavilələrinə qadağadan gedir", - nazir deyib.

Onun fikrincə, heç kim heç vaxt ticarət müharibəsindən qalib çıxmır.

Xatırladaq ki, Tramp cari ilin 1 fevralından ABŞ-nin Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı rüsumları 10 %-ə, 1 iyundan isə 25 %-ə qaldıracağını açıqlayıb.

"Bu rüsumlar Qrenlandiyanın qəti və tam satın alınması barədə razılıq əldə olunana qədər tətbiq ediləcək", – deyə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

Sonradan Böyük Britaniya və Fransa da daxil olmaqla, bir sıra Avropa ölkələrinin liderləri yeni tariflərin qəbuledilməz olduğunu bəyan ediblər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər