Danimarkanın Pensiya Fondu ABŞ-nin istiqrazlarını satmaq qərarına gəlib
Far.Az xəbər saytı

Danimarkanın Pensiya Fondu ABŞ-nin istiqrazlarını satmaq qərarına gəlib


Danimarka "AkademikerPension" pensiya fondu Qrenlandiya ətrafında münaqişə fonunda ABŞ hökumət istiqrazlarından imtina etmək qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə DPA təşkilata istinadən xəbər yayıb.

"AkademikerPension" təxminən 100 milyon dollarlıq ABŞ istiqrazlarına malikdir. Satışın ABŞ administrasiyasının gərgin maliyyə vəziyyəti ilə bağlı olduğu bildirilir və iddialara görə, Qrenlandiya ilə bağlı münaqişə ilə istiqrazlardan imtina etmək qərarı arasında birbaşa əlaqə yoxdur.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulmasının vacibliyini bildirib. Birinci müddətində o, adanı almağı təklif edib və 2025-ci ilin martında onun ilhaq oluna biləcəyinə əminliyini ifadə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər