Kaliforniya qubernatoru ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd ola bilər
Kaliforniya qubernatoru Qevin Nyusom 2028-ci il ABŞ seçkilərində Demokrat Partiyasının prezidentliyə namizədi ola bilər.
"Report" xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" (WP) qəzeti məlumat verib.
Məqalədə vurğulanıb ki, 2028-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd olması ehtimal olunan Nyusom ABŞ prezidenti Donald Trampın İsveçrənin Davos şəhərindəki çıxışını tənqid edərək, onu "təəccüblü dərəcədə darıxdırıcı" adlandırıb.
2025-ci ilin oktyabr ayında Nyusom qarşıdan gələn seçkilərdə ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Qubernator əlavə edib ki, 2026-cı ilin noyabr ayında keçiriləcək ara seçkilərin nəticələrini gözləyir.
O, həmçinin özünü yeganə mümkün Demokrat namizəd kimi görmədiyini söyləyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb













