ABŞ Qəzzadakı təşkilatlara HƏMAS-ı maliyyələşdirdiklərinə görə sanksiyalar tətbiq edir
ABŞ Qəzza sektorunda yerləşən altı təşkilata qarşı "HƏMAS-ın hərbi qanadını dəstəklədiklərinə" görə sanksiyalar tətbiq edir.
"Far.Az"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunub.
Məlumata əsasən, sanksiya siyahısına həmçinin xaricdəki fələstinlilərin Xalq Konfransı da daxil edilib.
Vaşinqton administrasiyasının iddiasına görə, mülki əhaliyə humanitar və tibbi yardım göstərən bu təşkilatlar əslində gizli şəkildə "İzz əd-Din əl-Qəssam" (HƏMAS-ın hərbi qanadı) qruplaşmasını dəstəkləyiblər. Həmçinin onlar toplanan vəsaitləri əhaliyə yardım üçün deyil, döyüşçülərin maliyyələşdirilməsinə yönəldiblər.
ABŞ bu təşkilatlar və ayrı-ayrı şəxslər tərəfindən istifadə olunan saxta vəsaittoplama sxemlərini aşkar etmək və qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini bildirir.
Bununla yanaşı, Amerika tərəfi humanitar yardımın etibarlı və təhlükəsiz təşkilatlar vasitəsilə çatdırılmasını təmin etməkdə və Qəzza sektorunda vəziyyətin sabitləşdirilməsi istiqamətində səyləri dəstəkləməkdə qərarlı olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb













