ABŞ Qrenlandiya ilə bağlı Avropa ölkələrinə qarşı yeni tariflər tətbiq etməyəcək
Far.Az xəbər saytı

ABŞ Qrenlandiya ilə bağlı Avropa ölkələrinə qarşı yeni tariflər tətbiq etməyəcək


ABŞ Qrenlandiya ətrafındakı vəziyyətə görə bir sıra Avropa ölkələrinə qarşı planlaşdırılan yeni tariflərin tətbiqindən imtina edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"NATO-nun Baş katibi Mark Rütte ilə keçirdiyim çox məhsuldar görüşdən sonra Qrenlandiya və əslində bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşmanın təməlini qoyduq. Bu qərar, tətbiq olunarsa, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün əla olacaq", - deyə o yazıb.

Tramp bildirib ki, bu razılaşmaya əsasən, 1 fevraldan qüvvəyə minməli olan bir sıra Avropa ölkələrinə tariflər tətbiq etməyəcək:

"Qrenlandiya ilə bağlı "Qızıl Günbəz" raketdən müdafiə sistemi ilə bağlı əlavə müzakirələr davam edir. Danışıqlar irəlilədikcə əlavə məlumat veriləcək. ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff və digərləri, lazım gələrsə, danışıqlara rəhbərlik edəcəklər".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
KİV: Rubio və Uitkoff arasında Ukrayna ilə bağlı danışıqlar səbəbindən fikir ayrılığı yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər