Britaniya və Danimarka liderləri: Arktikada təhlükəsizliyin təmin edilməsi NATO-nun vəzifəsi olmalıdır
Arktikada təhlükəsizliyin təmin olunması bütün NATO üçün vəzifə olmalı, bu prosesdə isə Avropa mühüm rol oynamalıdır.
"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın hökumət başçısı Kir Starmerin Londonda Danimarka Baş naziri Mette Frederiksenlə danışıqlarının yekunları üzrə yayılan bəyanatda qeyd olunub.
"Liderlər söhbətə son hadisələrin müzakirəsi ilə başladılar. Onlar Arktikada təhlükəsizliyin NATO-nun ümumi vəzifəsi olduğu və bu prosesi Avropa ilə NATO-nun davam etdirməli olduğu fikrini paylaşıblar", – deyə sənəddə vurğulanıb.
Starmer və Frederiksen həmçinin Böyük Britaniya və Danimarkanın təhlükəsizlik sahəsində əməkdaşlığı həm ikitərəfli əsasda, həm də Avropada, o cümlədən silahlı qüvvələrin operativ uyğunluğunun artırılması hesabına necə genişləndirə biləcəklərini müzakirə ediblər. Bundan əlavə, tərəflər Ukraynadakı müharibəni, Kiyevə yardım göstərmək üçün "istəklilər koalisiyası"nın növbəti addımlarını, Yaxın Şərqdəki vəziyyəti və Avropada qeyri-qanuni miqrasiya məsələsi ətrafında da fikir mübadiləsi aparıblar.
Böyük Britaniya Baş nazirinin ofisi həmçinin bildirib ki, Starmer Arktikada təhlükəsizlik məsələsini NATO-nun Baş katibi Mark Rütte ilə də müzakirə edib. Onlar NATO üzvü ölkələrin regionda təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün birlikdə işləməsinin həyati əhəmiyyətini vurğulayıblar.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb













