Uitkoff: ABŞ və İsrail Trampın Qəzza planını müzakirə edib
ABŞ nümayəndələri İsrailin Baş naziri Binyamin Netanyahu ilə Amerika Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı Sülh Planının ikinci mərhələsinin həyata keçirilməsini müzakirə edib və növbəti addımları razılaşdırıblar.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, yanvarın 24-də keçirilən məsləhətləşmələrdə onunla yanaşı, Amerika lideri Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner, Ağ Evin baş müşaviri Coş Qruenbaum və sahibkar Arye Laytstoun da iştirak ediblər. "Müzakirələrdə əsas diqqət ABŞ və İsrailin sıx əməkdaşlıq çərçivəsində yerinə yetirdiyi Prezident Trampın Qəzza ilə bağlı 20 maddəlik Sülh Planının ikinci fazasının gələcək irəliləyişinə və planların həyata keçirilməsinə, həmçinin daha geniş regional məsələlərə yönəldilib", - Uitkoff qeyd edib.
"ABŞ və İsrail sıx əməkdaşlığa və ortaq prioritetlərə əsaslanan möhkəm və uzunmüddətli əlaqələri dəstəkləyirlər", - o əlavə edib. Onun sözlərinə görə, müzakirələr konstruktiv və pozitiv ruhda aparılıb, tərəflər gələcək addımları razılaşdırıb və tərəflər region üçün vacib olan bütün məsələlərdə gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
Nyu-York Senatında çoxluğun lideri evində ölü tapılıb













