Brunu Fernandeş Ueyn Runinin rekordunu təkrarlayıb
"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə Premyer Liqasının XXIII turunda "Arsenal"la keçirilən səfər oyununda (3:2) məhsuldar ötürmə etməklə Ueyn Runinin rekorduna şərik olub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun Patrik Dorquya etdiyi ötürmə onun cari mövsümdə Premyer Liqada 10-cu asisti olub.
Bununla da B.Fernandeş Mançester klubunun heyətində ardıcıl iki mövsümdə 10 və daha çox məhsuldar ötürmə edən ikinci futbolçu olub. O, ötən mövsümdə də 36 matçda 10 asistlə yadda qalmışdı.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın heyətində buna qədər sonuncu dəfə Ueyn Runi (2012/2013 və 2013/2014) ardıcıl iki mövsüm 10 və daha çox məhsuldar ötürmə həddinə çatıb.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
"Mançester Yunayted" Ueyn Runinin oğluna qadağa qoyub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var
-
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
-
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
-
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
-
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
-
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib













