NATO-nun Baş katibi: Müttəfiqlər Ukraynanın silah ehtiyacını tam olaraq ödəyəcək
Far.Az xəbər saytı

NATO-nun Baş katibi: Müttəfiqlər Ukraynanın silah ehtiyacını tam olaraq ödəyəcək


Müttəfiqlər Ukraynanın silah ehtiyacını tam olaraq ödəyəcək.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Kiyevdə prezident Volodimir Zelenski ilə birgə mətbuat konfransında NATO-nun Baş katibi Mark Rütte bildirib.

O qeyd edib ki, Ukrayna buna əmin ola bilər.

"Ukraynanın ABŞ-də silah alınması üçün istifadə olunan PURL proqramının (Prioritized Ukraine Requirements List) - ABŞ və NATO-nun Ukraynanı Amerika istehsalı olan silahların maliyyələşdirilməsi vasitəsilə kritik vacib silahlarla təmin etməyə imkan verən təşəbbüsü) maliyyələşdirilməsinə tələb olunan 15,5 milyard dollar mütləq təmin ediləcək"- deyə, Baş katib vurğulayıb.

O həmçinin müxtəlif ölkələr tərəfindən maliyyələşdirmənin qeyri-bərabərliyi probleminin buna mənfi təsir göstərdiyini də etiraf edib:

"Hal-hazırda müttəfiqlərin üçdə ikisi PURL proqramında iştirak edir. Lakin həqiqətən maliyyə yükünün bölüşdürülməsi problemi var. Amma bu həll olacaq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər