Rəsmi Belqrad Albaniya, Xorvatiya və Kosovonun müdafiə qurumlarının görüşünə etiraz edib
Albaniya, Xorvatiya və Priştina arasında müdafiə sahəsində əməkdaşlıq Qərbi Balkan regionunun sabitliyini birbaşa təhlükə altına qoyan fəaliyyətdir.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya hökumətinin Kosovo üzrə idarəsi bu gün Albaniya, Xorvatiya və Kosovonun (bir sıra ölkələr, o cümlədən Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb - red) müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə Priştinada baş tutan üçtərəfli görüşə münasibətdə bildirib.
Belə ki, Kosovo tərəfindən yayılan məlumata görə, bu gün Priştinada 2025-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatın icrasına uyğun olaraq tərəflər arasında görüş baş tutub.
Açıqlamaya əsasən, görüşdə əməkdaşlığın inkişafı, müdafiə sənayeləri arasında qarşılıqlı uyğunluğun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin bəyanatın icrası müzakirə edilib.
"Bəyanatda üçtərəfli əməkdaşlıq üçün dörd əsas istiqamət müəyyən edilib: müdafiə imkanları və müdafiə sənayesi sahəsində əməkdaşlığın təşviqi, təhsil və birgə təlimlər vasitəsilə interoperabelliyin artırılması, hibrid təhdidlərə qarşı mübarizə və dayanıqlığın gücləndirilməsi, eləcə də Avro-Atlantik inteqrasiyaya davamlı dəstəyin göstərilməsi. Ümumilikdə, üçtərəfli əməkdaşlığın gücləndirilməsi Cənub-Şərqi Avropada təhlükəsizlik və sabitliyin artırılmasına yönəlib", – deyə məlumatda vurğulanıb.
Bu isə, öz növbəsində, Serbiya hökumətinin Kosovo üzrə idarəsinin reaksiyasına səbəb olub. İdarə bəyan edib ki, bu əməkdaşlıq Qərbi Balkan regionunun sabitliyə birbaşa təhlükədir:
"Çünki aydındır ki, bu əməkdaşlıq nə iqtisadi maraqlardan, nə də regional rifaha töhfə vermək zərurətindən irəli gəlir, əksinə, dağıdıcı niyyətlər daşıyır". İdarə əlavə edib ki, Serbiya açıq şəkildə bu üçtərəfli paktın hədəfidir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













