ABŞ-də qismən şatdauna  son qoyulub
Far.Az xəbər saytı

ABŞ-də qismən şatdauna  son qoyulub


ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələri paketini imzalayaraq, təxminən dörd günlük qismən hökumət bağlanmasına son qoyub.

"Report"un məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə keçirilən sənədlərin imzalanması mərasimində bildirib.

"Amerika xalqının təhlükəsizliyini və firavanlığını təmin etmək üçün vacib proqramları dəstəkləyərkən israfçı federal xərcləri effektiv şəkildə azaldan bir maliyyələşdirmə paketini qəbul edə bildik", - deyə o bildirib.

Qeyd edək ki, layihə ötən cümə günü Senat, bu gün isə Nümayəndələr Palatası tərəfindən səs çoxluğu ilə qəbul edilib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər