Kremldə Makronun Putinlə danışıqlara hazırlıq barədə bəyanatları təkzib edilib
Rusiya və Fransa işçi səviyyədə təmasları saxlayır, lakin ali səviyyədə danışıqlara hazırlıq hələ ki aparılmır.
"Far.Az" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Hələ ki dəqiq deyə bilmərik, konkret planda hazırda ali səviyyədə təmaslara dair bizdə hər hansı işartı yoxdur", - o, Fransa Prezidenti Emmanuel Makronun Vladimir Putinlə danışıqlara hazırlıq barədə bəyanatlarını şərh edərkən deyib.
D.Peskov əlavə edib ki, işçi səviyyədə müəyyən təmaslar var, lakin bununla bağlı hələ ki diqqətəlayiq bir şey bəyan edə bilmərik.
Daha əvvəl Emmanuel Makron bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə potensial danışıqlar hazırlıq mərhələsindədir və faydalı ola bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













