Si Cinpin ABŞ ilə münasibətdə Tayvan məsələsinin əhəmiyyətini vurğulayıb
Far.Az xəbər saytı

Si Cinpin ABŞ ilə münasibətdə Tayvan məsələsinin əhəmiyyətini vurğulayıb


Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin dinamikasında əsas amildir.

"Report" Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bu barədə Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı bildirib.

O qeyd edib ki, ABŞ Tayvana silah satışı məsələsinə ehtiyatla yanaşmalıdır.

"Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib amildir. Tayvan Çinin ərazisidir və biz öz milli suverenliyimizi və ərazi bütövlüyümüzü qorumalıyıq. ABŞ Tayvana silah satışına ehtiyatla yanaşmalıdır", - Si Cinpin vurğulayıb.

O, həmçinin qeyd edib ki, Çin və ABŞ qarşılıqlı etimadı möhkəmləndirməli və artıq bu il dinc yaşama yoluna qədəm qoymalıdırlar.

"Biz hər bir məsələni ayrı-ayrılıqda həll etməli, qarşılıqlı etimadı daim möhkəmləndirməli və sülh içində yaşamağa doğru düzgün yol açmalıyıq ki, 2026-cı il iki ən böyük dövlətin – Çin və ABŞ-nin qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlığa doğru irəliləyəcəyi il olsun", - Çin lideri bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər